İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkodan Ermənistanla bağlı İLGİNC AÇIQLAMA

“Ermənistan MDB ölkələrinə münasibətdə həmişə özünü tərəfdaş kimi aparmır”.

Musavat.com xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Bişkekdə Birlik sammitində bildirib.

“MDB-də vəziyyəti daha tənqidi qiymətləndirmək və başımızı qumda gizlətməmək lazımdır. Qərb bu günə qədər bizi sarsıtmağa, zəiflətməyə və öz maraqlarına tabe etməyə cəhd göstərib. Gürcüstan ilk olaraq bizi tərk etdi, artıq Ukrayna da bizimlə deyil. Moldova ilə bağlı ciddi suallar yaranıb. Təəssüf ki, Ermənistan da özünü həmişə tərəfdaş kimi aparmır”, - deyə Belarus dövlət başçısı bildirib.

Lukaşenkonun fikrincə, bütün bunları kənardan sakitcə müşahidə etmək olmaz, “əks halda sadəcə olaraq parça-parça olacağıq”.

“Biz görürük ki, başımıza gələn bütün köhnə münaqişələr acınacaqlı nəticələrlə üzə çıxır. Lakin nəinki bu münaqişələrin həllinə meyl var, hətta bəzilərinin öhdəsindən uğurla gəlinib”, - deyə Lukaşenko bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR