İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkodan ağlasığmaz bəyanat: "Nüvə silahı işlətməkdə tərəddüd olmayacaq"

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Belarusda yerləşdirdiyi nüvə silahlarının hansı halda istifadə oluna biləcəyi ilə bağlı açıqlama verib.

 Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Lukaşenko deyib: “Allah eləməsin ki, müasir dövrdə bu silahların istifadəsi ilə bağlı qərar qəbul etməli olum". Belarus lideri bu halda əmin edib ki, “heç bir tərəddüd olmayacaq”.

O bildirib ki, Belarusda taktiki nüvə silahı ona görə lazımdır ki, bəzi əclafların ayağı Belarus torpağına dəyməsin.

Eyni zamanda o vurğulayıb ki, nüvə silahından istifadənin yeganə səbəbi Belarusa qarşı təcavüz ola bilər, elə bir şey olsa silahdan dərhal istifadə olunacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR