İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Zelenskidən üzr istəyib?

Belarus prezidenti Aleksandr Lukaşenko xüsusi hərbi əməliyyatın ilk günlərində Ukrayna prezidenti Vladimir Zelenskidən üzr istəməyib.

Bunu Belarus rəhbərinin mətbuat katibi Natalya Eysmont bildirib.

Onun sözlərinə görə, bunun sadə bir səbəbi var, çünki üzr istəniləsi heç nə yoxdur.

Eysnont qeyd edib ki, o zaman Zelenski ilə telefon danışığı Belarus prezidentinin kiçik oğlu Nikolayın istisnasız emosional reaksiyası sayəsində baş tutub.

Qeyd edək ki, Zelenski Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyanın Ukrayna ilə müharibəyə başlamasının ilk günlərində Belarus ərazisindən Ukrayna ərazisinə atəş açılmasına görə ondan üzr istədiyini açıqlayıb. /APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR