İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko müttəfiqlərin bostanına daş atdı: “Bəzi KTMT ölkələri gözləmə mövqeyi tutublar”

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Ukraynaya başlatdığı savaşda KTMT və MDB-dəki bəzi müttəfiqlərinin gözləmə mövqeyi tutduğunu söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu sözləri ali hərbi məktəb məzunlarının və yüksək rütbəli zabitlərin təltif edilməsi mərasimində söyləyib.


“Kütləvi təzyiq (Qərbdən - red.) təəssüf ki, KTMT və MDB-dəki bəzi müttəfiqlərimizi, yumşaq desək, gözləmə mövqeyinə keçməyə vadar edib. Lakin Belarusun siyasətində hər hansı dəyişiklik baş vermədi, biz fikrimizə və maraqlarımıza hörmət edən ölkələrlə dialoqu davam etdiririk”, - deyə o, bildirib.

Aleksandr Lukaşenkonun fikrincə, hazırda Belarus və Rusiyanın daxil olduğu iqtisadi və siyasi ittifaqları parçalamaq üçün ciddi cəhdlər edilir. O, ölkəsinə təkcə hərbi-siyasi yöndə deyil, iqtisadi və informasiya sahəsində də təzyiqlərin artdığını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR