İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko: “Belarus Ukrayna və DXR-lə əməkdaşlığa hazırdır”

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukrayna ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə BELTA məluat yayıb.

“Biz heç kəsi incitmirik, biz Ukrayna ilə eyni prinsiplər əsasında Donetsk Respublikası (Rusiyanın işğal etdiyi Donetsk vilayətində qurulmuş qondarma rejimi nəzərdə tutur) ilə də əməkdaşlığa hazırıq”, - Lukaşenko “DXR” rəhbəri Denis Puşilinlə görüşdə deyib.

O, həmçinin qeyd edib ki, Belarus Donbasdan olan uşaqları məzuniyyət və müalicə üçün qəbul edir. Lukaşenko bunun üçün Qərbdə uşaqları oğurlamaqda ittiham olunduğundan şikayətlənib.

Qeyd edək ki, Rusiya Ukraynada müharibəyə başlayandan bəri Belarus prezidenti özünü Moskvanın sadiq müttəfiqi kimi aparır və buna görə də Qərb dövlətlərinin tənqidinə və sanksiyasına məruz qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR