İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonda Cənubi azərbaycanlılara dəstək aksiyası keçirilib -VİDEO, FOTO

Londonda “Downing Street” qarşısında Cənubi azərbaycanlılara dəstək aksiyası keçirilib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Londonda yaşayan Cənubi azərbaycanlılar öz səslərini duyurmaq üçün Baş nazirin iqamətgahı olan “10 Downing Street” qarşısında toplaşıblar.

Aksiya iştirakçıları Cənubi azərbaycanlılara qarşı ədalətsizlik, təhsil ilə bağlı olan problemlər, insan haqları kimi məsələlərə diqqət çəkiblər.

Cənubi Azərbaycan İstiqlal Partiyasının Londondakı nümayəndəsi və Cənubi Azərbaycanlıların Koordinasiya Şurasının sədri Savaş Mərəndli aksiya ilə İrandakı ayrı-seçkiliyə, qadınların, İranda xalqların, etnik qrupların hüquqlarının tapdanmasına diqqət çəkmək istədiklərini bildirib. Savaş Mərəndli həmçinin Urmiya gölünün qurumasının qarşısının alınmasını tələb etdiklərini vurğulayıb.

Aytən Abbaslı
Apa.az

Londonda Cənubi azərbaycanlılara dəstək aksiyası

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR