Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın paytaxtı London dünya şəhər brendlərinin reytinqində liderliyini qoruyub saxlayıb.
Musavat.com xəbər verir “Brand Finance" konsaltinq şirkəti tərəfindən tərtib edilən reytinqdə Britaniya paytaxtı 100 mümkün baldan 90,9 bal toplayıb.
Brand Finance-in baş direktoru və İdarə Heyətinin sədri Devid Heyq bildirib ki, London beynəlxalq münasibətlərdə aktiv iştirakı, zəngin mədəni identikliyi və tanınmış təhsil müəssisələri sayəsində dünyanın ən yaxşı şəhər brendi kimi parlamağa davam edir: “Lakin onun imicinə Böyük Britaniya Avropa Birliyindən çıxdıqdan sonra viza almaqda çətinliklər də daxil olmaqla, bürokratiyanın qəbul edilən səviyyələri, qiymət səviyyələri və digər məsələlər təsir edir".
Dünya şəhər brendləri reytinqində ilk üçlüyün qalanları da dəyişməz qalıb. İkinci yeri 89,8 xalla Nyu-York, üçüncü yeri 87,8 xalla Paris tutub.
Bu dəfə Los-Anceles və Sidney əvəzinə ilk beşliyi Tokio və Dubay tamamlayıb.
Reytinq tərtibçiləri həmçinin Mədəniyyət və irs altkateqoriyasında Avropa şəhərlərinin üstünlüyünü qeyd ediblər və burada onlar ilk 20 yerdən 17-ni, o cümlədən ilk 5-liyi (Paris, Roma, London, Vyana, Milan) tutublar.
Reytinq 20 ölkədən 15 mindən çox insan arasında aparılan sorğuya əsaslanır.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ