İnsanlara hürriyət, millətlərə istiqlal!

Liz Trass açıqladı: "Putin məğlub olana qədər..."

Böyük Britaniyanın Baş naziri Liz Trassla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş verib.

Musavat.com-un APA-nın Britaniya bürosuna istinadla xəbərinə görə, Baş nazir Liz Trass Rusiyanın Ukraynada keçirdiyi saxta referendumlar fonunda Böyük Britaniyanın davamlı dəstəyini vurğulayıb.

Baş nazir açıq şəkildə bildirib ki, Böyük Britaniya Rusiyanın Ukraynanın suveren ərazilərini ilhaq etmək cəhdlərini heç vaxt tanımayacaq.

O, Putin məğlub olana qədər Ukraynanın Böyük Britaniyanın dəstəyinə arxalana biləcəyini bir daha vurğulayıb.

Prezident Zelenski Baş naziri hazırkı hərbi vəziyyətlə bağlı məlumatlandırıb.

Liz Trass Ukraynanın Şərqində Rusiya tərəfindən saxlanılan beş Böyük Britaniya vətəndaşının azad edilməsində gördüyü işlərə görə prezident Zelenksiyə təşəkkür edib.

Liderlər həmçinin qaz tədarükünü təmin etmək üçün birgə işlər barədə müzakirə aparıblar.

Aytən Abbaslı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR