İnsanlara hürriyət, millətlərə istiqlal!

Liz Trasa etimadsızlıq səsverməsi keçirilə bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasından olan deputatlar parlamentdə Baş nazir Liz Trasa etimadsızlıq səsverməsi keçirilməsini təklif ediblər.

Bu barədə “Blomberq” yazıb. Məlumata görə, deputatlar hökumət başçısının enerji böhranı ilə mübarizə proqramını bəyənməyiblər. Qanunverici orqanın üzvləri belə bir planın ölkə iqtisadiyyatını məhv edəcəyini və nəticədə Londonun daha çox kredit alacağını düşünürlər.

Qeyd edək ki, Britaniyanın xarici işlər naziri Liz Tras sentyabrın 5-də ölkənin yeni baş naziri seçilib. O, bu vəzifədə Boris Consonu əvəz edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR