İnsanlara hürriyət, millətlərə istiqlal!

Liviya səhrasında çoxlu sayda cəsəd tapılıb

Liviyanın Çad və Nigerlə sərhədindəki səhrada 30 qeyri-leqal miqrantın cəsədi tapılıb.

AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, Liviya səhrasında – Kufra şəhərindən 320 kilometr aralıda 20 miqrantın cəsədini magistral avtomobil yolundan keçən yük maşını sürücüsü aşkar edib. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimi onların 15 gün əvvəl aclıq və susuzluqdan öldüklərini müəyyən edib.

Nigerin Müdafiə Nazirliyi isə əsgərlərin Liviya səhrasında – Dirkou şəhərindən 30 kilometr aralıda 10 miqrantın cəsədini aşkar etdiyi barədə məlumat yayıb. İstintaqçılar güman edirlər ki, onlar insan alverçiləri tərəfindən tərk edilib və səhrada həyatlarını itiriblər. Dirkou şəhəri Liviyanın Aralıq dənizi sahilinə və oradan da Avropaya miqrant, silah və narkotik qaçaqmalçılığının əsas məntəqələrindən biri sayılır.

Bu ölkələrin təhlükəsizlik xidmətləri son illər insan alverinin qarşısını almaq üçün avtomobil yollarında ciddi yoxlamalar aparır və bu səbəbdən qaçaqmalçılar təhlükəli səhra marşrutunu seçirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR