İnsanlara hürriyət, millətlərə istiqlal!

Livanda yenidən peycer partlayışları başladı: 300nəfər yaralanıb, 9 nəfər ölüb

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə partlayış baş verməsi nəticəsində ölənlərin sayı artaraq 9- a, yaralılar isə 300 nəfərə çatıb.

***

Bu saatlarda Livanın müxtəlif ərazilərində yenidən peycer partlayışları qeydə alınmaqdadır.

Musavat.com xəbər verir ki, Livanın "Əl-Hadath" telekanalının yaydığı məlumata görə, yeni partlayışlar zamanı 3 nəfər həlak olub.

100-dən yuxarı insanın isə yaralanması xəbərləri gəlir.

Qeyd edək ki, dünən Livanda əsasən Hizbullah üzvlərinə məxsus peycerlərdə baş verən partlayışlar 4 minə yaxın insanın yaralanması, onlarla insanın ölməsinə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR