Onlayn ictimai-siyasi qəzet
İsrail hərbçilərinin Fələstin radikallarının silahlı hücumundan sonra Livanın cənubundakı əraziləri tanklardan atəşə tutması zamanı xarici xəbər agentliklərinin maşını zərbəyə tuş gəlib.
Musavat.com xəbər verir ki, Əl-Manar telekanalının verdiyi məlumata görə, Alma əş-Şaab bölgəsində bir sıra xəbər agentliklərinin fotojurnalistlərinin və “Əl-Cəzirə” telekanalının çəkiliş qrupu olan jurnalistlərin olduğu avtomobil atəşə tutulub.
Nəticədə Reuters-də çalışan livanlı fotoqraf İssam Abdallah həlak olub, daha iki nəfər yaralanaraq xəstəxanaya aparılıb.
Bundan əvvəl Livan ordusunun mətbuat xidməti öz telegram kanalında Alma əş-Şaab yüksəkliyində Livan hərbçilərinin müşahidə məntəqəsinin atəşə tutulduğunu, lakin onlardan heç birinin xəsarət almadığını bildirib. Jurnalistlər çəkiliş aparmaq üçün bu sərhəd bölgəsinə yollanıblar və yolda onların avtomobilinə mərmi düşüb.
@@TVmusavat/70936@@
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ