Onlayn ictimai-siyasi qəzet
Livanın Səhiyyə Naziri vəzifəsini icra edən Firas Abyad 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri İsrailin bombardmanları və raket atəşi nəticəsində ölənlər haqqında məlumatları yeniləyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, Beyrutda keçirdiyi mətbuat konfransında bildirib ki, son günlər İsrail silahlı qüvvələrinin hücumları nəticəsində ölənlərin sayı 1200-dən 1600-ə çatıb, 8400-dən çox yaralı var.
"Qurbanlar arasında 104 uşaq və 194 qadın var, 41 təcili yardım işçisi də ölüb, daha 111 nəfər yaralanıb", - o bildirib.
Onun sözlərinə görə, uçmuş evlərin altında hələ də ölənlərin cəsədləri var. Hərbi reydlərin davam etməsinə baxmayaraq, axtarış-xilasetmə işləri davam etdirilir.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ