Onlayn ictimai-siyasi qəzet
Livan hökuməti rabitə cihazlarının partladılmasında İsraili günahlandırıb və hadisəni “cinayətkar təcavüz” adlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə Livan Nazirlər Kabinetinin mətbuat xidmətinin X (keçmiş Twitter) səhifəsində yazılıb. Nazirlər Şurası Livanın suverenliyinin ciddi şəkildə pozulmasını təşkil edən İsrailin bu cinayətkar təcavüzünü yekdilliklə pisləyib.
Bəyanatda qeyd olunur ki, Livan hökuməti yəhudi dövlətinin əməllərinə görə məsuliyyət daşıması üçün BMT və bir sıra ölkələrlə əlaqə saxlayıb. Livanın baş naziri Nəcib Mikati hadisənin baş vermə şəraitinin araşdırılması ilə bağlı məlumatları hökumətin diqqətinə çatdırıb.
Baş nazir baş verənləri ordunun baş komandanı və respublikanın xüsusi xidmət orqanlarının rəhbərləri ilə də müzakirə edib.
Qeyd edək ki, Livanın paytaxtı Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları partladılıb. Son məlumatlara görə, azı 2800 nəfər yaralanıb, 8 nəfər isə həlak olub. Hadisənin İsrail tərəfindən törədildiyi iddia olunsa da, qarşı tərəf bu haqda hələlik açıqlama verməyib.
Şahanə Rəhimli
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ