İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva qapılarını ABŞ qoşunları üçün taybatay açıb – İlk bazalar bu tarixdə fəaliyyətə başlayır

Litvanın ABŞ-dan silah alışına xərcləri 2 milyard dolları ötüb.

Musavat.com xəbər verir ki, məlumatı Litvanın Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda qeyd olunur ki, bu günə qədər Litva Amerika silahlarına 2 milyard dollardan çox sərmayə qoyub: “Hazırda Litvanın bütün müdafiə alışlarının 20 faizindən çoxu ABŞ məhsullarıdır. Müdafiə sənayesinin gücləndirilməsi Litva və ABŞ-ın ümumi məqsədidir. Litva Amerika şirkətlərini Litvaya sərmayə qoymağa dəvət edir, birgə istehsal imkanları, "yaşıl dəhlizlər" və vergi güzəştləri təklif edir".

Həmçinin bildirilir ki, "Amerika qoşunları üçün yeni infrastruktur və təlim bazalarının bu ilin payızında açılması planlaşdırılır. Litvanın bu layihələrə sərmayələri 200 milyon dolları ötür". 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR