İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva ordunun hazırlıq səviyyəsini artırır - Rusiyada elan edilmiş səfərbərliyə görə

Rusiyada elan edilmiş qismən səfərbərliyə görə Litva hakimiyyəti öz ordusunun hazırlıq səviyyəsini artırmaq qərarına gəlib.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Arvidas Anusauskas bildirib.

Onun sözlərinə görə, bu, Litvanın Kalininqrad vilayəti ilə həmsərhəd olması ilə bağlıdır.

“Rusiyanın qismən hərbi səfərbərliyi bizim yanımızda – Kalininqrad vilayətində həyata keçiriləcəyindən Litva sadəcə seyr edə bilməz. Çevik reaksiya qüvvələrimizin hazırlıq səviyyəsi artırılır”, – nazir bildirib.

O, həmçinin Vilnüsün Ukraynaya gələcək hərbi yardımı müzakirə etdiyini deyib və bütün müttəfiqləri bu yardımı artırmağa çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR