İnsanlara hürriyət, millətlərə istiqlal!

Leykozdan əziyyət çəkən Hüseynə dəstək olaq - FOTO

6 yaşlı Hüseyn Qubadovun sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Musavat.com-a Hüseynin atası Vüsal Qubadov məlumat verib.

O bildirib ki, övladı qan xərçəngindən əziyyət çəkir:

“Bu xəstəlik Hüseyndə 10 gündür aşkarlanıb. Uşağı qurddan müayinə üçün həkimə aparmışdıq, onun qan xərçəngi olduğu ortaya çıxdı. Hazırda qan institutunda müalicə alır. 1 ay orada qalacaq. Türkiyəyə analiz göndərilib, onun cavabını gözləyirik.

2 övladım var. Sosial yardım da almıram. Ailəni mən fəhləliklə dolandırıram. Maddi köməyə ehtiyacım var”.HUSEYN SON.jpg (149 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

06 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR