İnsanlara hürriyət, millətlərə istiqlal!

"Lex"in baş məşqçisi: "Diqqətimizi Bakıdakı qarşılaşmaya yönəldəcəyik"

"Finalda uduzmaq əyləncəli deyil. Biz gələcəyə baxırıq. Bu matçı təhlil edib diqqətimizi Bakıdakı qarşılaşmaya yönəldəcəyik".

Musavat.com "Report"a istinadən bildirir ki, bunu "Lex"in baş məşqçisi Con van den Brom "Rakuv"a 0:2 hesabı ilə uduzduqları Polşa Super Kuboku uğrunda qarşılaşmadan sonra deyib.

56 yaşlı mütəxəssis "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü ilə əlaqədar fərqli "11-liy"ə şans verdiyini söyləyib.

Niderlandlı baş məşqçi məğlubiyyətə rəğmən meydana çıxan futbolçulardan razı qaldığını söyləyib.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR