İnsanlara hürriyət, millətlərə istiqlal!

Levandovski: "Qvardiola futbola baxışımı dəyişdi"

"Bavariya"dan "Barselona"ya transfer olunan Robert Levandovski Münhen təmsilçisinin sabiq baş məşqçisi, hazırda "Mançester Siti"ni çalışdıran Xosep Qvardiola haqda danışıb.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu mütəxəssisin onun karyerasına böyük təsirinin olduğunu bildirib:

“Mən Peplə taktika haqqında çox danışdım. Bundan sonra istənilən taktiki sistemə uyğunlaşmaq daha asandır. O, mənim futbola və məşqçilərə baxışımı, oyun haqqında anlayışımı dəyişdi. Onun sayəsində baş məşqçimiz Xavinin dediklərinə uyğunlaşmaq mənim üçün daha asan olacaq”.

Qeyd edək ki, Levandovski "Bavariya"da Qvardiolanın baş məşqçiliyi altında 2014/2015 və 2015/2016 mövsümlərində 100 matçda 67 qol vurub və 19 qolun ötürməsini verib. 1 həftə əvvəl isə Kataloniya klubu polşalı forvardın Bundesliqa təmsilçisindən transfer edildiyini açıqlayıb.

Xatırladaq ki, Qvardiola 2008-2012-ci illərdə "Barselona"nı çalışdırıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR