İnsanlara hürriyət, millətlərə istiqlal!

Leps və Baskov Ukrayna tankı vuran əsgərə 1 milyon rubl vəd edir

Rusiyanın məşhur müğənniləri Qriqori Leps və Nikolay Baskov Ukrayna ordusunun tankını yararsız hala salan hər kəsə bir milyon rubl ödəyəcəklərini açıqlayıblar.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, onlar Peterburq Beynəlxalq İqtisadi Forumu (PMEF) çərçivəsində Rusiya media qrupunun ziyafəti zamanı rus hərbçilərinə maddi yardım etməyə hazır olduqlarını bildiriblər.

Teleaparıcı Yuliya Baranovskaya və “Zemlyane” qrupunun rəhbəri Vladimir Kiselyov təşəbbüsə qoşulacaqlar.

“Yer bizi üstündə saxladıqca döyüşçülərimizə kömək edəcəyik, o vaxta qədər ki, biz həqiqətən Vətən uğrunda ölə bilək. Bu, Donbasda dəfələrlə olmuş hər kəsə məlumdur”, - deyə Leps bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR