İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovun işdən çıxarılacağı xəbəri yayıldı

Bu il 75 yaşı tamam olacaq nazirin yerinə iddialar kimlərdir?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il vəzifəsindən azad edilə bilər. Bu barədə  Rusiya nəşri yazıb. Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin Lavrovu istefaya göndərmək istəyir.

Musavat.com xatırladır ki, 2004-cü ildən Xarici İşlər Nazirliyinə rəhbərlik edən Sergey Lavrovun mümkün istefası ilə bağlı son illər çox yazılıb. Kreml isə ənənəvi olaraq bu cür iddialara  “şayiə kimi baxmağı” tövsiyə edib. Bundan əvvəl  Telegram kanallarının birində  iddia olunurdu ki,  Lavrovun yerini müavini Mixail Qaluzin və nazir müavini Andrey Rudenkonun namizədlikləri müzakirə olunur. İstefasından sonra Lavrovun təqaüdə deyil məsələn, Rusiya Təhlükəsizlik Şurasında fəxri vəzifə tutaca biləcəyi də deyilirdi. Xarici İşlər Nazirliyinə “prezident administrasiyasından bir şəxs”in rəhbərlik edə biləcəyi də istisna olunmurdu. Prezident Vladimir Putin 2021-ci ildə adı Vahid Rusiya Partiyasını siyahısında ilk beşlikdə olan və deputat seçilən  Lavrovun Dumaya getməsinə imkan vermədi, onu  XİN rəhbəri saxladı.

 Lavrov  son olaraq Doha Forumunda  bu məsələ barədə danışıb.  O deyib ki, 2024-cü ildə nazir kimi işləməsinin 20 ili tamam olub.  “Ölkəmin mənə ehtiyacı olduğu müddətcə mən ona xidmət edəcəm”  Lavrov deyib. 

“Əgər Lavrov dəyişdirilərsə, bu, siyasi yox, belə demək mümkünsə,  texniki qərar  olacaq. Yəni Rusiya Xarici İşlər Nazirliyinin siyasəti heç bir şəkildə dəyişməyəcək, sadəcə olaraq, başqa texnokratlar tərəfindən həyata keçiriləcək. Ona görə də əvəzləyicinin kim olduğunu təxmin etməyin mənası yoxdur – o, kim olursa olsun, mahiyyət etibarilə eyni Sergey Lavrov olacaq. Düzdür, təcrübəni müqayisə etsək,  Lavrovla müqayisə oluna bilən rəqib görmürəm, amma təcrübə əldə edilə bilən bir şeydir”.

 Bu ilin Novruz bayramında 75 yaşı tamam olacaq  Sergey Lavrov 1950-ci il martın 21-də Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur.

 Lavrovun erməni babası uzun illər Tiflis Dumasının deputatı olub. İ Ailə daxilində rus dilindən geniş istifadə olunduğu üçün Lavrov erməni dilini öyrənə bilməyib. Qeyd etmək lazımdır ki, Lavrovun rus milliyyətindən olan anası o dövrlərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 

 Sergey Kələntərovun Sergey Lavrova çevrilməsi isə belə olub.   Sergey Lavrov adı gizli saxlanılan erməni atasını erkən yaşda itirib. Tezliklə, onun anası Viktor Lavrovla tanış olur və ailə həyatı qurub. Vikor Lavrov 5 yaşlı öğey övladına öz soyadını verir və beləliklə Rusiyanın gələcək 1 nömrəli diplomatı Kələntərov soyadını Lavrovla əvəz edib.



Onlar tezliklə Moskvaya vilayətinə köçürlər. Vilayətin Noginsk şəhərində ingilis dili təmayüllü orta məktəbi bitirən Sergey Lavrov 1967-ci ildə Moskva Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub.  İnstitutu bitirən Lavrov  1972-1976-cı illərdə SSRİ-nin Şri-Lankadakı səfirliyində çalışıb. 80-ci illərdə isə SSRİ-nin Nyu-Yorkda yerləşən daimi nümayəndəliyində işləyir. Sovet İttifaqının süqutundan sonra Lavrov Rusiya Xarici İşlər Nazirliyində müxtəlif postlarda çalışıb. 1994-cü ildə isə Boris Yeltsin tərəfindən Rusiyanın BMT-dəki və Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi təyin olunub  və bu postda 10 il çalışıb.  2004-cü il fevralın 24-də Vladimir Putin Nazirlər Kabinetini istefaya göndərir. Martın 9-da isə prezident yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. Sergey Lavrov Rusiya xarici işlər naziri təyin olunub.   

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR