İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan SON DƏQİQƏ AÇIQLAMASI - "Rusiya Ərdoğanın bütün şərtlərini qəbul edib, amma..."

Rusiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qara dəniz təşəbbüsü ilə bağlı bütün istəklərini qəbul edib, lakin Kiyev son anda fikrini dəyişib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Birinci Kanal"a müsahibəsində deyib.

Nazir, Ərdoğanın bir neçə dəfə təşəbbüsü sadələşdirilmiş formada bərpa etməyə çalışdığını xatırladıb. Belə ki, bu sadələşdirilmiş versiyada boşaltma həyata keçirilən gəmilərin fiziki yoxlanışı tələb olunmurdu.

"Ərdoğan Zelenskinin nüvə obyektlərinə zərbə vurulmaması ilə bağlı əlavə razılaşma istədiyini bildirdi. Biz Ərdoğanın bütün tələblərinə və son anda Zelenski tərəfindən ona təqdim olunan təklifə razılaşdıq. Amma sonra Ərdoğan Putinlə telefonla danışaraq, Zelenskinin fikrini dəyişdiyini dedi", - Lavrov bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR