Onlayn ictimai-siyasi qəzet
Qərb ölkələri ATƏT-in Minsk Qrupunu məhv etdikdən sonra Rusiya Federasiyasının Ermənistanla Azərbaycan arasındakı münasibəti yaxşılaşdırmaq üçün vasitəçilik səylərinə müdaxilə etməyə çalışsalar da bu, nəticəsiz qalır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
“Erməni həmkarlarımız bəzən Minsk qrupunun adını çəkəndə biz onlara deyirik ki, bu sual bizə yox, ABŞ-a, Fransaya və təbii ki, Azərbaycana ünvanlanmalıdır, çünki Azərbaycanın iştirakı olmadan hər hansı vasitəçilik səyləri mənasızdır”, - deyə Lavrov bildirib.
Lavrov Praqa bəyanatının mətninə diqqət çəkib. Sənəddə bildirilir ki, delimitasiya prosesi və sülh müqavilələri üçün BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq tanınan sərhədlər əsas götürülməlidir.
“Bəyannamədə qeyd olunur ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini təşkil edir və İttifaq respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiqləyir. O zaman Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkibində idi...”, - deyə Lavrov söyləyib.
Musavat.com
13 Oktyabr 2024
12 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ