İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov ABŞ-ı Hitlerlə müqayisə edib

ABŞ Ukraynanı Rusiyaya qarşı müharibə alətinə çevirmək üçün bütün Qərb ölkələrini öz iradəsinə tabe edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı deyib.

RF Xarici İşlər Nazirliyinin rəhbərinin fikrincə, ABŞ-ın fəaliyyəti Adolf Hitlerin siyasətini xatırladır.

“Bu gün Birləşmiş Ştatlar demək olar ki, bütün kollektiv Qərbi tabe edib, onu Ukraynanı Rusiyaya qarşı mübarizə alətinə çevirmək üçün səfərbər edib. Bir vaxtlar Hitler də Sovet İttifaqına hücum etmək üçün Avropanın əksər ölkələrini silah qarşısına qoymuşdu”, - deyə Rusiya XİN rəhbəri bildirib.

Lavrov Hitlerin planları kimi, ABŞ-ın da niyyətlərinin puça çıxacağını bildirib.

Xatıraldaq ki, bu gün Rusiya Dövlət Duması Ukraynadan işğal olunan 4 vilayətin ilhaqı haqqında qanun qəbul edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR