İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviyada yaşayan rusiyalılardan sentyabrda ölkəni tərk etmələri tələb edilə bilər

Latviyada daimi yaşamaq icazəsi olan 6 minə yaxın Rusiya vətəndaşından ölkəni tərk etmələri tələb edilə bilər.

Belə ki, Avropa İttifaqında (Aİ) qalmaq hüququnun uzadılması üçün hələ də latış dili imtahanından keçməyən rusiyalılar sentyabr ayında respublikanı tərk etmələri ilə bağlı rəsmi tələbin əks olunduğu məktub ala bilərlər.

Latviya Daxili İşlər Nazirliyinin dövlət katibinin müavini Vilnis Vitolinş qeyd edib ki, respublikanı tərk etmək tələbi ilə məktublar alan vətəndaşlar üç ay ərzində Latviyadan çıxmalı olacaqlar. Tələbi yerinə yetirməkdən imtinaya görə cinayət məsuliyyəti nəzərdə tutulmasa da, latış dili testindən keçməyən rusiyalılar cərimələnə bilər.

Latviya Parlamentinin (Seymi) Vətəndaşlıq, Miqrasiya və Sosial Birlik Komissiyasının rəhbəri İnqmar Lidaka qeyd edib ki, immiqrasiya haqqında qanuna edilən yeni dəyişikliklərə əsasən, respublikanın hüquq-mühafizə orqanları dil sertifikatı olmadıqda hətta yaşlı insanları da ölkədən çıxara bilərlər. Onlar qanuna uyğun olaraq bunu etmək məcburiyyətindədirlər.

Hüquq-mühafizə orqanı həmçinin xəbərdarlıq edib ki, daimi yaşayış yerindən məhrumetmə dövlət tərəfindən himayədarlıq haqqının, o cümlədən pensiyanın ödənilməsi hüququnun itirilməsini nəzərdə tutur.

Mənbə: TASS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR