İnsanlara hürriyət, millətlərə istiqlal!

“Lamborghini”ni həyat yoldaşının adına keçirmək istədi - ALDADILDI

“Lamborghini Huracan” markalı lüks avtomobilini həyat yoldaşının adına keçirmək istəyən şəxs aldadılıb.

Musavat.com xəbər verir ki, Soltan adlı şəxs özünə məxsus avtomobili həyat yoldaşının adına sənədləşdirmək üçün Fuada 6 min manat pul verib.

Fuadla Soltanı tanış edən şəxs Əhməd olub. Əhməd Soltanın qohumudur. Əhməd Fuada zəng edərək bu işdə onlara kömək etməsini istəyib. Fuad isə borcları olduğu üçün bu zəngi fürsət bilib və işi həll edəcəyini deyib.

Fuad Soltanı və Əhmədi Yol Polis İdarəsinin Qeydiyyat İmtahan şöbəsinə aparıb. Onları İdarənin qarşısında gözlədərək inzibati binaya daxil olub. Bir neçə dəqiqə sonra binadan çıxaraq işi həll etdiyini deyib. Bildirib ki, səhər 11-də gəlib sənədləri götürmək lazım olacaq.

6000 manatın 500 manatını Əhmədə verən Fuad gecə ilə Türkiyəyə uçub. Soltan isə səhər Fuadla əlaqə saxlaya bilməyib və aldadıldığını bilib.

Fuad bir neçə ay Türkiyədə işləyib. Dediyinə görə, maaşını ala bilməyib. Bakıya qayıdan Fuad məsuliyyətə cəlb edilib. Məhkəmə istintaqı dövründə zərəri ödəyən Fuad əməlindən peşman olduğunu deyib. Zərərçəkmiş Soltan isə şikayətçi olmadığını bildirib.

Məhkəmənin hökmü ilə Fuad barəsində 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR