İnsanlara hürriyət, millətlərə istiqlal!

Lalə Məmmədova avtomobilsiz qalıb - VİDEO

"Maşınımı satıb, klipə qoydum. Verilişə də taksi ilə gəlmişəm".

Bu sözləri Əməkdar artist Lalə Məmmədova "Xəzər axşamı" verilişində deyib.

Müğənni toy gəlirinin ona bəs etmədiyini bildirib:

"İstəyirəm biznesim olsun. Mənim statusta olan müğənni oturub toydan asılı olmamalıdır. Gözləməməlidir ki, kiminsə zövqündə olacağam və məni toya çağıdacaq. Gedib 5 qəpik qazanacağam və onu da bilmirəm hara bölüm: studiya, bəstəkarın, aranjimanın pulu, klip.

Biz bu sənətin xəstəsiyik. Bizim üçün qızılın, brilyantın, evdən aldığımız zövqün sənətlə aldığımız zövqlə ölçülə bilməz.

Maşını satıb qumara qoymamışam. Klip çəkdirib, mahnı yazdırmışam. Heç də peşman deyiləm. Yenə olsa yenə edərəm". 

L.Məmmədova ailəsindən danışaraq, bunları əlavə edib:

"Çox varlıyam. Ailəmdən başlayır: oxuyub, təhsil verib, gözəl tərbiyyə veriblər. Bu, yaxtalarla, evlərlə ölçülmür. Bir ulduz titulu daşıyan xanımın bunlar olmalıdır. Mən özüm özümü maliyyələşdirdiyim üçün o şeyləri ala bilmirəm".  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR