İnsanlara hürriyət, millətlərə istiqlal!

“Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti kadrlar- VİDEO

“Laçın” sərhəd-buraxılış məntəqəsindən (SBM) yeni görüntülər yayılıb.

Kadrlarda Azərbaycan sərhədçilərinin dəqiq və düzgün işləməsi ilə yanaşı, azərbaycanlı həkimləri də görmək mümkündür.

Onlar sərhəddən keçənlərdən birinin xəstələnməsi və ya tibbi yardıma ehtiyac duyması halında ona lazımi köməyi göstərmək üçün daim “Laçın” SBM-də növbə çəkirlər.

Burada Xankəndi-Laçın yolunda ekoloji fəalların aksiyası zamanı erməni sərnişinlərdən birinin xəstələnməsi və Azərbaycanın təcili tibbi yardım maşını ilə Xankəndi xəstəxanasına aparılması yada düşür. Azərbaycan həkimləri həm o vaxt, həm də indi öz peşə borclarını qüsursuz yerinə yetirirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR