İnsanlara hürriyət, millətlərə istiqlal!

KXDR naməlum raket buraxılışı həyata keçirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) martın 24-də Şərq (Yapon) dənizi istiqamətində naməlum raket buraxılışı həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb. Raketin uzaqmənzilli ballistik olmasına dair şübhələr var.

Qeyd edək ki, bu, Şimali Koreyanın cari ildə 11-ci raket sınağıdır. Rəsmi Pxenyan həmin sınaqlar zamanı idarəolunan taktiki raketlər, ballistik və hipersəsli raket də buraxdığını açıqlayıb. Cənubi Koreya və ABŞ Pxenyanı fevralı 27-də və martın 5-də yeni qitələrarası ballistik raket sisteminin sınağına dair ittiham etmişdi. KXDR isə sınaqların kəşfiyyat peyki tədqiqatları ilə bağlı olduğunu bəyan edib. Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsi Pxenyanın martın 16-da naməlum növ raket buraxılışının uğursuz olması barədə açıqlama yayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR