Onlayn ictimai-siyasi qəzet
Suriyanın Latakiya şəhərində mülki əhali arasında kütləvi qətliamda iştirak edən “el-Muxaberat” (Suriyanın Kəşfiyyat Baş İdarəsi) üzvü təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.
Musavat.com xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
“Muxaberat” üzvünün bu cinayətləri dövlətin təzyiqi altında və ya hökumətə qarşı hər hansı bir müqavimətin qarşısını almaq məqsədilə həyata keçirdiyi iddia edilir.
İstintaq nəticəsində yaxalanan şəxsin mülki əhalini hədəf alan qanunsuz əməliyyatlarda iştirak etdiyi və kütləvi qətliamın təşkili ilə əlaqəli olduğu təsdiqlənib.
@@TVmusavat/104170@@
Musavat.com
26 Aprel 2025
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ