İnsanlara hürriyət, millətlərə istiqlal!

Kurskda dron vağzal binasına çırpılıb, yaralananlar var

Rusiyanın Kursk şəhərinin dəmir yolu vağzalının binasının damına dron çırpılıb, bir neçə nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt teleqram kanalında bildirib.

“İlkin məlumata görə, o (dron – red.), vağzal binasının damına çırpılıb, bundan sonra damda yanğın başlayıb. Beş nəfər şüşə qəlpələrindən yüngül yaralanıb”, - region başçısı yazıb.

Qubernator bu olayda Ukraynanı günahlandırsa da, rəsmi Kiyev bununla bağlı açıqlama yaymayıb.

Xatırladaq ki, daha öncə Moskvanın iki hava limanı pilotsuz təyyarələrin hücumu təhlükəsi səbəbindən uçuş-enişi dayandırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR