Onlayn ictimai-siyasi qəzet
"Vaqner" özəl hərbi şirkətinin yaraqlıları Rusiyanın Kursk vilayətinə gəlib və artıq Ukrayna Silahlı Qüvvələri ilə döyüşə giriblər.
Oxu.Az xəbər verir ki, bu barədə Kremlə yaxın "Shot" teleqram kanalı mənbəyə istinadən bildirib.
"Rusiya Müdafiə Nazirliyinin könüllülər korpusunun taborları və "Vaqner" qrupunun döyüşçüləri artıq Sudja yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə qarşı ilk döyüşlərə başlayıblar", - məlumatda qeyd olunub.
Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçiriblər. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə döyüş əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu bildirilir.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ