İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmir sakinlərinin müraciətləri "Açıq mikrofon"da qeydə alındı 

"Səyyar qəbul otağı" bu dəfə Kürdəmir sakinlərinin ixtiyarına verilib. Aksiyada ümumilikdə 17 müraciət səsləndirilib.

Musavat.com-un xəbərinə görə, müraciətçilərdən Vahid Əliyev sakini olduğu Xırdapay kəndində küçə qaz xəttinin çəkilməsini xahiş edib. Yenikənd sakini Fəyalı Zəkərgayeva isə ona məxsus həyətyanı sahədən keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib.

Aksiyada ünvanlanan hər bir müraciət Ağsu Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən cavablandırılıb.

Görüşdə qeyd olunan problemlərin araşdırılmasına qərar verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR