İnsanlara hürriyət, millətlərə istiqlal!

Kundera üçün vida valsı – Mövcudluğun dözülməz yüngüllüyünün sonu

Yazıçı Milan Kundera da dünyadan köçdü, dostu Markesə qalmayan dünya ona da qalmadı. 94 yaşı vardı Milan Kunderanın.

O, dünyanın ən məşhur və ən hörmətli çexi idi. Onu dünyanın dörd bir yanında tanıyır və sevirdilər.
Milan Kundera 48 il idi ki, vətənində yaşamırdı, Fransada yaşayırdı. Amma onu vətənində milli qəhrəman hesab edirdilər.

Milan Kundera 1929-cu ilin aprel ayının 1-də Çexiyada doğulub. Onun atası pianoçu, musiqişünas, Brno universitetinin rektoru olub.

Milan hələ orta məktəb illərində ilk şeirlərini yazıb, 1948-ci ildə orta məktəbi bitirib. O, Karl Universitetinin (Praqa) fəlsəfə fakültəsində təhsil almağa başlayıb, musiqişünaslıq, kino, ədəbiyyat və estetika üzrə təhsil alıb, iki semestrdən sonra Praqa Musiqi Sənəti Akademiyasının kinematoqrafiya fakültəsinə keçib.

kunnn1.JPG (77 KB)

1950-ci ildə siyasi səbəblərə görə təhsilini yarımçıq qoysa da, 1952-ci ildə oranı bitirib. Kino fakültəsində assistent, sonra professor kimi çalışıb, dünya ədəbiyyatından dərs deyib. Eyni zamanda o, ədəbi jurnallarının redaksiya heyətinə daxil olub.

M.Kundera 1948-1950-ci illərdə Çexoslovakiya Kommunist Partiyasının üzvü olub. 1950-ci ildə o, “antipartiya fəaliyyətinə və fərdiyyətçilik meyllərinə” görə ÇKP-dən xaric edilib. 1956-ci illdə yenidən partiyaya bərpa olunub.

1953-cü ildə onun ilk kitabını nəşr etdirib. 1950-ci illərin ortalarına qədər tərcümə, esse, dramaturgiya ilə məşğul olub. O, 1958-ci ildən 1968-ci ilə qədər yazılan və çap olunan “Gülməli məhəbbətlər” toplusu çıxandan sonra məşhurlaşıb.

Onun ilk romanı olan “Zarafat” (1967) sovet reallığı şəraitində çex ziyalılarının mövqeyindən bəhs edir. Elə həmin il Kundera Çexoslovakiya Yazıçılar Birliyinin IV qurultayında iştirak etdib, burada ilk dəfə olaraq ölkənin ictimai-siyasi həyatını demokratikləşdirməyə açıq çağırışlar edilib və “Praqa baharı”na gətirib çıxaran proseslər başlayıb.

kunn-4.jpg (158 KB)

1968-ci ilin avqustunda Dunay əməliyyatından sonra Kundera bir sıra nümayişlərdə və etiraz toplantılarında iştirak edib, buna görə də dərs demək hüququndan məhrum ediblər. Yazıçının kitabları Çexoslovakiyanın bütün kitabxanalarından yığışdırılıb.

1970-ci ildə inqilabi hadisələrdə iştirak ittihamı ilə Kundera yenidən partiya sıralarından xaric edilib, əsərlərinin çapına qadağa qoyulub.

1970-ci ildə Kundera sosialist Çexoslovakiyasının formalaşması şəraitində şəxsiyyət böhranından və şairin yaradıcılıq deqradasiyasından qrotesk-sürrealist formada bəhs edən "Həyat burada deyil" romanını tamamlayıb. Roman 1973-cü ildə Parisdə nəşr olunub.

Yazıçının üçüncü romanı “Vida valsı (1971) bir neçə qəhrəmanın kurort şəhərində qalmasından bəhs edən nəfis hekayədir.

1975-ci ildə Kundera Renn Universitetinə (Fransa) professor vəzifəsinə dəvət edilib və o Fransaya köçüb.

1979-cu ildə "Gülüş və unutma kitabı" romanına görə Çexoslovakiya hökuməti yazıçını vətəndaşlıqdan məhrum edib, romanlarının nəşrini Çexoslovakiyada yasaqlayıb.

1981-ci ildə Kundera Fransa vətəndaşlığı alıb.

kun-3.jpeg (180 KB)

Yazıçının ölkəmizdə də məşhur olan “Varlığın dözülməz yüngüllüyü” romanı 1982-ci ildə yazılıb və ilk dəfə 1984-cü ildə Fransada nəşr edilib. Romanda hadisələr 1968-ci ildə Praqada baş verir.
Fransada yaşadığı illərdə Milan Kundera çox romanlar yazıb, ədəbi camiədə hörmət edilən şəxslərdən biri olub.

2008-ci ilin oktyabrında isə bu məşhur yazıçı şər-böhtana məruz qalıb. Totalitar rejimlərin tədqiqi üzrə Çexiya institutunun əməkdaşı Adam Qradilek həftəlik “Respekt” qəzetində məqalə dərc etdirərək iddia edib ki, Kundera 1950-ci ildə əvvəlcə Almaniyaya qaçan, sonra isə gizli şəkildə Çexoslovakiyaya qayıdan Miroslav Dvoraçek haqqında polisə məlumat verib. Nəticədə Amerika kəşfiyyatının agenti olan Dvoraçek 22 il müddətinə azadlıqdan məhrum edilib və 14 il türmədə yatıb.

Məqalə çıxandan sonra Kundera deyib: “Mən bütün bu olaylara görə şokdayam. Bu deyilənlər barədə heç nə bilmirəm və ümumiyyətlə, belə şey olmayıb. Sözügedən şəxsi qətiyyən tanımıram. Bu yalandır”.
Yazıçının çuğulluqda ittiham olunması çox sevildiyi Çexiyada qızğın müzakirələrə səbəb olub. Dünyanın tanınmış yazıçıları onun müdafiəsinə qalxıb, məktub imzalayıblar. Məktubun müəllifləri arasında Nobel mükafatı laureatları Qabriel Qarsia Markes, J. M. Cötze, Orxan Pamuk, Nadin Qordimer, həmçinin Salman Rüşdi, Filip Rot, Xorxe Semprun və başqaları olub.

2009-cu ildə Kundera doğulduğu Brno şəhərinin fəxri vətəndaşı adına layiq görülüb.

2019-cu ildə 90 yaşlı Kunderaya Çexiya vətəndaşlığı geri verilib. Çexiyanın səfiri Petr Drulak noyabrın 28-də yazıçının Fransadakı evində görüşüb. Drulak bütün Çexiya adından Kunderadan "illər boyu məruz qaldığı hücumlara görə" üzr istəyib.

Böyük yazıçı bu gecə vəfat edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR