İnsanlara hürriyət, millətlərə istiqlal!

Kulebadan SON DƏQİQƏ NATO açıqlaması 

"Ukrayna NATO üzvlüyünə alternativ olmayan istənilən müdafiə modeli ilə razılaşacaq".

Musavat.com xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Azadlıq Radiosuna müsahibəsində deyib.

"Bizə ikinci Budapeşt Memorandumu (1994-cü ildə imzalanan, Ukraynanın təhlükəsizliyinə təminat verilməsi müqabilində onun arsenalında olan nüvə silahlarının məhvini nəzərdə tutan saziş - red.) lazım deyil. Biz heç bir halda NATO üzvlüyündən vaz keçməyəcəyik. Çünki hamı başa düşür ki, Avropada bir daha müharibənin olmayacağına veriləcək ən böyük təminat məhz Ukraynanın Alyansa üzvlüyüdür. Bizə vəd olunan digər təhlükəsizlik zəmanətləri də pis deyil. Lakin NATO üzvlüyünü heç nə əvəz etməyəcək. Bu, prezidentin (Vladimir Zelenski - red.) prinsipial mövqeyidir", - deyə Kuleba qeyd edib.

Ukrayna rəsmisi Qərb ölkələrinin vaxtilə İsrailə verdiyi təhlükəsizlik modelinin rəsmi Kiyev tərəfindən qətiyyətlə rədd olunduğunu açıqlayıb.

Məlum olduğu kimi, İsrail ABŞ-ın Yaxın Şərqdəki ən davamlı tərəfdaşıdır və onun tərəfindən xüsusi olaraq qorunur. İsrailə bu məqsədlə milyardlarla dollarlıq hərbi yardımlar ayrılır. Məsələn, ABŞ 2019-cu ildən 2028-ci ilə qədər İsrail ordusunu 38 milyard dollar məbləğində maliyyələşdirməyi öhdəsinə götürüb.

"Bizdə yalnız "A" planı var – o da Ukraynanın NATO-ya üzvlüyüdür. Yeganə məsələ bu yoldan mümkün qədər tez bir zamanda keçməkdir", - deyə Kuleba ölkəsinin mövqeyini çatdırıb.

Onun sözlərinə görə, Vilnüsdən sonra Ukraynanın Alyansa gedən yolu qısalıb, amma hələ sürətli deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR