İnsanlara hürriyət, millətlərə istiqlal!

Kuleba Avropa İttifaqı və ABŞ-dan Ukrayna üçün təcili yardım istəyib

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqı və ABŞ-dan ölkəsi üçün təcili yardım istəyib.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell jurnalistlərə açıqlamasında deyib.

“Dmitro Kuleba ilə söhbətdən sonra məlum oldu ki, Ukrayna ilə bağlı təcili tədbirlər görülməlidir. Aydın oldu ki, hər iki tərəf (Aİ və ABŞ – Qeyd) qərarın qəbulunu sürətləndirməlidir”, - deyə o, bildirib.

Borrell, Kulebanın cəbhədəki vəziyyət və Kiyevin prioritet ehtiyacları barədə videobağlantı vasitəsilə nazirləri məlumatlandırdığını da qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR