İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçədə dava zamanı söyüş söyən dostlar HƏBS OLUNDU

Ağcabədidə küçədə dava zamanı söyüş söyən dostlar həbs olunub.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

20 yaşlı iki dost naməlum səbəbdən küçədə sözlü mübahisə ediblər. Bu zaman onlar ünvansız söyüşlər söyüblər. Ərazidə xidmətdə olan polis əməkdaşları onların asayişi pozduğunu görərək, yaxınlaşıb və irad bildirib. Lakin heç biri polisin qanuni tələbinə məhəl qoymayaraq, hərəkətlərinə davam ediblər.

Nəticədə dostlar barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.

Ağcabədi rayon Məhkəməsində keçirilən ayrı-ayrı iclaslar zamanı onların hər biri barəsində 8 gün müddətinə inzibati həbs cəzası verilib./Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR