İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT-nin baş katibi İrəvana gəldi

Baş katibi Stanislav Zasın rəhbərlik etdiyi KTMT missiyası Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və əlavə birgə tədbirlər üçün təkliflər hazırlamaq üçün Ermənistana gəlib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Missiyaya təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxildir. Qrupun səfəri zamanı sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi üzrə tədbirlər, həmçinin Ermənistan Respublikasının ali siyasi və hərbi rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır. Qeyd edək ki, KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT Missiyasının qabaqcıl qrupu ötən gün Ermənistanda işini başa çatdırıb.

Diqqətçəkən budur ki, S.Zasın rəhbərlik etdiyi missiya İrəvana gəldikdən dərhal sonra Ermənistan Azərbaycanı Zəngəzur istiqamətdə atəşkəsi pozmaqda ittiham edib. Heç şübhəsiz ki, bu saxta məlumat məkrli məqsəd daşıyır və növbəti təxribatlara zəmin hazırlamaq niyyəti güdür.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR