İnsanlara hürriyət, millətlərə istiqlal!

“KTMT Ermənistanın təxribatlarına buna görə reaksiya verməyib” - İSTİ ŞƏRH

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi haqlıdır. Təşkilat İkinci Qarabağ müharibəsinə qarışmadı, Ermənistanı dəstəkləmədi. Putin də müharibənin Ermənistanın kənarında davam etdiyini, söhbətin Azərbaycanın ərazisində getdiyi üçün qarışmayacağını bildirmişdi”.

Bu fikirləri Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, indi də eyni proses baş verir: “Qarabağla Ermənistanı birləşdirən yol Azərbaycan ərazisindədir. KTMT buna qarışa bilməz. Təşkilat Azərbaycan və Ermənistan arasında sentyabrda təmas xəttində baş verən təxribatlara da qarışmadı. Ermənistan dəfələrlə, ciddi cəhdlə proseslərə qoşulmağa çalışsa da, buna nail ola bilmədi. Laçın dəhlizi ilə bağlı şərh vermək KTMT-nin səlahiyyətləri xaricindədir. Buna görə də təşkilatın baş katibinin yanaşması doğrudur”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas deyib ki, Ermənistan tərəfindən KTMT-yə Laçın dəhlizindəki vəziyyətlə bağlı müraciət olmayıb. O, həmçinin qeyd edib ki, Laçın dəhlizi ilə bağlı məsələnin həlli KTMT-nin məsuliyyət dairəsindən kənardadır.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR