Onlayn ictimai-siyasi qəzet
"Kliniki Tibbi Mərkəzdə həkimlərin əmək haqqı 2019-cu illə müqayisədə 10 dəfəyə yaxın artıb".
Musavat.com xəbər verir ki, bunu bu gün Kliniki Tibbi Mərkəzə media-tur zamanı mərkəzin direktoru Könül Ələkbərov deyib. O bildirib ki, 2019-cu ildə Kliniki Tibbi Mərkəzdə həkimlərin əmək haqqı 375 manat olub:
"Hazırda bu məbləğ 2026 manatdır. Həkimlərin minimal maaşı 1200 manatdır".
K.Ələkbərov əlavə edib ki, tibb bacılarının əmək haqqı 2019-cu ildə 258 manat olduğu halda hazırda həmin şəxslərin aylıq əmək haqqı 596 manatdır: "Həmçinin kiçik tibb heyəti işçilərinin aylıq əmək haqqı 2019-cu ildə 209 manat olduğu halda hazırda bu rəqəm 488 manatdır".
Afaq Mirayiq,
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ