Onlayn ictimai-siyasi qəzet
Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları “Crocus City Hall” konsert zalında törədilən terror aktını araşdırarkən işgəncələrdən istifadə etməməlidirlər.
Musavat.com Asia-Plusa istinadla xəbər verir ki, bunu Tacikistanın xarici işlər naziri Sirojiddin Muxriddin deyib.
MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən diplomat xatırladıb ki, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları beynəlxalq standartlara və öz qanunvericiliyinin tələblərinə əməl etməlidirlər.
Muxriddin onu da bildirib ki, Tacikistan cinayətin təşkilatçıları, icraçıları, ortaqları və sifarişçilərinin “Krokus”da törədilən terror aktına görə cəzalandırılacağını gözləyir.
“Krokus”da terror aktı martın 22-də baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ