İnsanlara hürriyət, millətlərə istiqlal!

Kriminal avtoritet Həsənov saxlanıldı

İlk yayımlanma zamanı 00:16

Kriminal avtoritet Həsənov saxlanılıb.

Musavat.com lent.az-a istinadən bildirir ki, Yekaterinburq polisi bir neçə nəfəri saxlayıb, onların arasında kriminal avtoritet Marsel Həsənov da var.

Hadisə Proezjaya küçəsində yerləşən "Xəzər" kafesinin yaxınlığında baş verib. Həmin şəxslə "Mercedes" markalı avtomobildə onu müşayiət edənlər olub. Əməliyyat çərçivəsində ümumilikdə 4 nəfər saxlanılıb.

"Onların avtomobilindən "Makarov" tapançasına bənzər bir neçə sənədsiz əşya aşkar edilib", - məlumatda vurğulanır

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bir sıra zəruri ekspertiza və yoxlamalar aparılır. Araşdırmanın nəticələrinə əsasən lazımi tədbirlər görüləcək.

Həsənov əvvəllər də quldurluq cinayətinə görə məhkum olunub. O, cəzasını çəkərkən kriminal avtoritet statusu alıb. Azadlığa çıxandan sonra tez-tez hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətinə düşüb.

Marsel Həsənovun çeçen "qanuni oğru" Əhməd Şalinski ilə əlaqəsinin olduğu iddia edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR