Onlayn ictimai-siyasi qəzet
Kriminal aləmdə “Samretski” kimi tanınan avtoritet Serqo Çixladze beynəlxalq axtarışa verilib və Rusiya məhkəməsi tərəfindən qiyabi həbs edilib.
Çixladzeyə qarşı 2023-cü ilin martında Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında yüksək vəzifə tutma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq müddətində araşdırmalar dəfələrlə uzadılıb və dayandırılıb.
Hüquq-mühafizə orqanları əlavə istintaq təşkil edərkən Çixladze qaça bilib və beynəlxalq axtarışa verilib, bundan sonra məhkəmə qiyabi həbs qərarı verib.
Onu 5 milyon rubla (təxminən 88 min 500 manat) qədər və ya son beş ildəki gəliri məbləğində mümkün cərimə ilə 8 ildən 15 ilədək həbs gözləyir./Lent.az
20 Yanvar 2025
00:12 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ