İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımda ölüm-dirim SAVAŞI gedir - Ukrayna Krımı Rusiya üçün DAR ETDI – detallar CANLIda

Ukrayna Silahlı Qüvvələri artıq bir neçə gündür ki, işğal olunmuş Krımda Rusiya hərbi obyektlərinə ağır zərbələr endirməkdə davam edir. Yarımadada bir neçə hədəf uğurla vurulub. ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.

ISW Rusiya mənbələrinə istinadla yazır ki, yanvarın 5-dən 6-na keçən gecə Ukrayna 4 "Storm Shadow" qanadlı raketi ilə işğal olunmuş Sakidə (Krım) Rusiya aerodromunun inzibati binasını vurub.

Rusiya Müdafiə Nazirliyi həmin vaxt bildirmişdi ki, Rusiya qüvvələri yanvarın 5-dən 6-na keçən gecə Qara dəniz və Krım üzərində beş Ukrayna PUA-sını və dörd raketi, yanvarın 6-da isə Qara dənizin şimal-qərb hissəsində Ukraynaya məxsus 6 “Neptun” raketini məhv edib.

Eyni zamanda, Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşşuk isə Saki aerodromuna uğurlu zərbənin hədəfini göstərən peyk şəkillərini dərc etmişdi.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Qədir Aslanla müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR