İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımda böyük yanğın – PUA-lar neft anbarına hücum etdi (VİDEO)

Krımın Sevastopol şəhərində PUA-nın yanacaq anbarlarına hücum olub.

Musavat.com xəbər verir ki, Sevastopolda neft anbarı Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının hücumundan sonra yanıb.

Rusiya tərəfindən təyin edilmiş Sevastopol qubernatoru Mixail Razvozhayev hadisə zamanı xəsarət alan olmadığını açıqlayıb.

Sevastopol qubernatoru Mixail Razvozhayev PUA-ların vurduğu çənlərdə həddindən artıq yanacaq olduğunu, buna görə də yanğının sürətlə genişləndiyini deyib. Ümumilikdə 4 çənin yandığı açıqlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR