İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlpərəst Əlişir Usmanov yaxtasında axtarış aparıldığı üçün məhkəməyə verib - xətrinə dəyiblər...

Sanksiyaya məruz qalan rusiyalı milyarder Əlişir Usmanov Almaniya Federal Konstitusiya Məhkəməsinə qarşı iddia qaldırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, özbək əsilli iş adamı “Dilbar” yaxtasında axtarışlar aparılmasına dözə bilməyib.

“Die Welt” qəzetinin yazdığına görə, iş adamı az qala yarım milyard dollar dəyərindəki yaxtasında həyata keçirilən axtarışı “insan ləyaqətinə qəsd” və “toxunulmazlığı hüququnun pozulması” hesab edib.

Usmanovun yaxtasında və iyirmi başqa mülkdə, o cümlədən Tegernzee gölündəki villada axtarış tədbirləri Almaniyada 2022-ci ilin sentyabrında baş tutub. Hüquq-mühafizə orqanlarının əməkdaşları beş milyon avro dəyərində sənədləri və 30 rəsm əsərini müsadirə ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR