Onlayn ictimai-siyasi qəzet
Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıqlar davam edir, lakin hələlik dəqiq tarix yoxdur.
Musavat.com “REN TV”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov fevralın 8-də keçirdiyi brifinqdə jurnalistlərə bildirib.
Kremlin rəsmi nümayəndəsi əlavə edib ki, tarix müəyyənləşən kimi bu barədə ayrıca məlumat veriləcək.
"Rusiyadakı seçki dövrü və Türkiyə liderinin gərgin qrafiki nəzərə alınmaqla vaxt seçilməlidir", - deyə Peskov yekunlaşdırıb.
Məlumata görə, Vladimir Putinin səfəri zamanı dövlətlər arasında əməkdaşlığın iqtisadi aspektləri müzakirə olunacaq. Türkiyə tərəfi də öz növbəsində qaz məsələsi, "Akkuyu" AES-in tikintisi və Yaxın Şərqdəki vəziyyəti müzakirə etməyi planlaşdırır.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ