İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin hakimiyyətindən ABŞ texnologiya nəhənginə dəhşətli zərbə: Tam qadağan olundu

Çin hakimiyyəti Nvidia H20 qrafik prosessor çiplərinin və süni intellekt üçün digər “kiçildilmiş” Amerika çiplərinin alınmasına tam qadağa qoyub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bundan sonra Çin şirkətləri artıq belə çiplər üçün sifariş verə bilməyəcək.

Əvvəllər məhdudiyyətlər yalnız ən azı 50 faizi yerli həllərdən istifadə etmək məcburiyyəti qoyulan dövlət mərkəzlərinə şamil edilirdi. İndi qadağa bütün şirkətlərə aid edilib ki, bu da Nvidia H20-nin Çin bazarından tam çıxarılması deməkdir.

Məlumata görə, Çin ərazisində bu çiplərin istehsalı və qablaşdırılması da “sonrakı xəbərdarlığa qədər” dayandırılıb. Nəticədə, dünyanın ən dəyərli şirkəti olan Nvidia Çində süni intellekt çiplərindən əldə etdiyi gəliri itirir - ən azı Pekin və Vaşinqton arasında yeni ticarət sazişi bağlanana qədər. Xatırladaq ki, Nvidia-nın süni intellekt çipləri dəfələrlə ABŞ və Çin arasında ticarət mübahisələrinin obyektinə çevrilib. Tramp administrasiyası Nvidia-ya H20 AI çipini Çinli müştərilərə satmaq icazəsi verdikdən sonra mediada Çinin Amerika mənşəli olduğuna görə bu çiplərin istifadəsinə ehtiyatla yanaşması barədə məlumatlar yayıldı.

Nvidia-nın süni intellekt və yüksək performanslı hesablama sahəsində dominant mövqeyi onu Çində əsas oyunçuya çevirir. Bu texnologiyalar avtonom nəqliyyat vasitələrinin, maliyyə sistemlərinin və ağıllı şəhər layihələrinin inkişafı üçün çox vacibdir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR