İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ rəhbəri: ABŞ-la əlverişsiz sazişi imzaladıq - Moskva və Pekini sevindirməmək üçün

Musavat.com xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqı ilə ABŞ arasında imzalanan yeni ticarət sazişi ilə bağlı açıqlama verib.

O bildirib ki, Avropa İttifaqı üçün əlverişsiz şərtlərə baxmayaraq, bu razılaşmadan imtina etmək mümkün deyildi, çünki belə bir addım Moskva və Pekin üçün böyük bayram olardı.

Sazişin şərtlərinə əsasən, ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından idxal olunan mallara qarşı əvvəlcə nəzərdə tutduğu 30 faizlik tarifləri yumşaldaraq 15 faiz səviyyəsində saxlayıb. Bunun müqabilində isə Aİ ölkələri ABŞ-dan idxal olunan mallara sıfır tarif tətbiq etməyi qəbul ediblər. Razılaşmaya görə, Avropa İttifaqı 2028-ci ilə qədər ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları almağı, hesablama mərkəzləri üçün əlavə 40 milyard dollarlıq çip idxal etməyi, eyni zamanda Vaşinqtondan silah alışlarını artırmağı öhdəsinə götürüb.

Ekspertlər bu sazişi ABŞ üçün mühüm diplomatik uğur kimi qiymətləndirirlər. Çünki bu razılaşma nəticəsində Tramp administrasiyası Avropa bazarına daha geniş çıxış əldə edir və Aİ-ni enerji, texnologiya və hərbi sahələrdə özündən daha çox asılı vəziyyətə salır. Avropa isə iqtisadi baxımdan zərərli olsa da, siyasi müstəvidə Moskva və Pekinə qarşı birlik nümayiş etdirməyi seçib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR