Onlayn ictimai-siyasi qəzet
Vaşinqton Moskva ilə nüvə silahı məsələlərində danışıqlara başlamalıdır.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
O qeyd edib ki, Vaşinqton danışıqları pozmaqla zaman itkisinə səbəb olub.
“Silahlara nəzarət sahəsində hüquqi baza əhəmiyyətli dərəcədə sarsılıb. Bunun səbəbkarı Rusiya Federasiyası deyil. Hüquqi bazanın mövcudluğu faktiki olaraq ABŞ-nin iştirakını dayandırması ilə sarsılıb”, - Peskov bildirib.
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ